Neft bahalaşıb

17 Mart 2018 09:55 (UTC+04:00)

Dünya birjalarında neft bahalaşıb. SIA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,15 dollar və ya 1,88% artaraq 62,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,09 dollar və ya 1,67% artaraq 66,21 dollar təşkil edib