Şəhriyar Kramnikə qalib gəlib

17 Mart 2018 05:17 (UTC+04:00)

Berlində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir. 6-cı turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib. Rusiyalı rəqibi ilə ağ fiqurlarla oynayan şahmatçımız görüşü qələbə ilə bitirib. Kramnik 64-cü gedişdə təslim olub. Bu qələbə ilə xalını 4-ə çatdıran Şəhriyar Fabiana Karanua ilə birgə turnir cədvəlinə başçılıq edir. Ş. Məmmədyarov növbəti turda martın 18-də Aleksandr Qrişukla üz-üzə gələcək.