İngilis nazir: "Ölüm əmrini Putin verib"

16 Mart 2018 23:05 (UTC+04:00)

Britaniya ərazisində kimyəvi silahdan istifadə etmək əmrini böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putin verib. Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson deyib.

“İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq İngiltərədə, Avropa küçəsində kimyəvi silahdan istifadə olundu”, - Conson bildirib.