“Mançester Yunayted” Markos Roxo ilə müqaviləni yeniləyib

16 Mart 2018 20:41 (UTC+04:00)

“Mançester Yunayted” futbolçusu Markos Roxo ilə müqaviləni artırıb. Klubun saytında yer alan xəbərə görə, argentinalı müdafiəçinin yeni sözləşməsinin müddəti 2021-ci ilin yayına qədərdir. Qeyd edək ki, 28 yaşlı futbolçu 2014-cü ildən İngiltərə klubunda çıxış edir.