Elnarəni belə görməmişdiniz FOTOLAR

16 Mart 2018 15:31 (UTC+04:00)

Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları və işçiləri üçün bayram konserti təşkil olunub.

SİA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin və rəqs ansamblının yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramının ilk hissəsində dahi bəstəkar Üzəyir Hacıbəyovun “Arşın mal alan” operettasının motivləri əsasında qurulmuş musiqili tamaşa nümayiş etdirilib. Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin baş dirijoru mayor Səməd Vəkilovun, rəqs ansamblının bədii rəhbəri, əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdikləri yaradıcı kollektivin çıxışı alqışlarla qarşılaıb.

Konsert proqramının davamında rəqs ansamblının ifasında milli və xarici ölkələrin rəqsləri, DSX nümunəvi hərbi orkestrinin solistlərinin, həmçinin bayram gecəsinin xüsusi qonaqları əməkdar artistlər Afaq Abbasovanın və Çinarə Şirinin, müğənnilər Elnarə Xəlilovanın və Dilarə Kazımovanın ifasında Azərbaycan və əcnəbi bəstəkarların əsərləri ifa edilib.