Tolik efirdə yerə uzandı VİDEO

16 Mart 2018 16:06 (UTC+04:00)

Prodüser Tolikin ( Tarix Əliyev) idarə etdiyi verilişdə maraqlı anlar yaşanıb. SİA-nın məlumatına görə, Tarix Əliyevin bu gün qonaqlarından biri əməkdar artist Elza Seyidcahan olub. Veriliş əsnasında Tolik müğənniyə vəsiyyət edərək öləndə Elza xanımın oxumasını istəyib. Müğənni isə royalın arxasına keçərək “Bax Tolik sən öləndə bu mahnını oxuyacam” deyib.

Verilişdən həmin anları təqdim edirik: