Əsəd ordusu Xamuriyanı ələ keçirib

16 Mart 2018 01:19 (UTC+04:00)

Suriya hökumət qüvvələri Şərqi Qutada Xamuriya yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, ələ keçirilən qəsəbə hazırda müxtəlif mina və partlayıcı qurğulardan təmizlənir. Qeyd edək ki, sözügedən yaşayış məntəqəsində bir müddət əvvəl humanitar dəhliz açılmışdı.