ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

15 Mart 2018 09:19 (UTC+04:00)

ABŞ Hərbi Hava Qüvvələrinin “F/A-18 Hornet” tipli qırıcı təyyarəsi Florida ərazisində qəzaya uğrayıb. RİA Novosti agentliyi xəbər verir ki, qəza zamanı pilot və şturman katapult edə bilib. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.