I Divizionda 18-ci tura yekun vurulub - NƏTİCƏLƏR

14 Mart 2018 17:48 (UTC+04:00)

Futbol üzrə Azərbaycan I Divizionunda 18-ci tura yekun vurulub. SİA-nın məlumatına görə, turun qarşılaşmaları bu gün keçirilib.

Çempionatın lideri “Qaradağ Lökbatan” qış fasiləsindən sonra 4-cü məğlubiyyətini alıb. Paytaxt təmsilçisi səfərdə “Ağsu”ya uduzub - 0:1.

Autsayder “Zaqatala” isə səfərdə “Turan Tovuz”a qalib gəlib - 1:0.

I Divizion

18-ci tur

14 mart

“Mil-Muğan” – “Sabah” 1:1

Qollar: Elxan Məmmədov, 58 - Raul Yaqubzadə, 6

MOİK – “Binə” – 1:1

Qollar: Bahadur Həziyev, 88 - Renat Aşurov, 76

“Ağsu” – “Qaradağ Lökbatan” – 1:0

Qol: Ramil Əliyev, 89

“Turan-Tovuz” – “Zaqatala” – 0:1

Qol: Nicat Muxtarov, 6

Qırmızı vərəqə: Osman Qurbanov, 90

“Xəzər” – “Şüvəlan” – 0:0

Turnir cədvəli:

N Klublar O Q H M T-F X

1 Qaradağ Lökbatan 18 12 2 4 33-17 38

2 Şüvəlan 18 9 3 6 20-15 30

3 MOİK 18 9 3 6 26-19 30

4 Binə 18 8 4 6 24-17 28

5 Xəzər 18 7 5 6 17-11 26

6 Turan Tovuz 18 7 4 7 26-24 25

7 Sabah 18 6 5 7 20-27 23

8 Mil-Muğan 18 6 3 9 27-35 21

9 Ağsu 18 6 3 9 18-30 21

10 Zaqatala 18 3 2 13 15-31 11

Bombardirlər:

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 9 qol

Elnur Səmədov ("Turan Tovuz") - 8 qol

Samir Babayev ("Mil-Muğan") - 8 qol

Bəhruz Teymurov (MOİK) - 8 qol