Angela Merkel yenidən kansler seçilib

14 Mart 2018 16:24 (UTC+04:00)

Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bundestaqda keçirilən səsvermədə 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin də iştirakı ilə Merkelin kansler seçilməsinə həsr olunmuş rəsmi tədbir keçiriləcək.