Bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur

14 Mart 2018 16:18 (UTC+04:00)

"Bu gün Azərbaycanda mediaya sistemli dövlət qayğısı mövcuddur".

SİA-nın verdiyi məlumata görə, bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərməkdədir. Onun sözlərinə görə, qurum KİV-lərin layihələrini maliyyələşdirməklə onların cəmiyyət üçün faydalı təşəbbüslərinə yaşıl işıq yandırır.

"Ancaq müasir dövr tələb edir ki, mediamız daha da güclənsin, reklamdan, satışdan əldə etdiyi gəliri çoxaltsın. Qarşımızda dayanan növbəti məsələlərdən biri də internet üzərindən yayımlanan media vasitələrinin səmərəliliyinin artırılmasıdır. Bu sahədəki qanunvericilik bazasında xeyli təkmilləşmələr aparılıb. Belə media vasitələri hüquqi münasibətlər sistemində öz yerlərini tuta biliblər. Ancaq onların artan rolundan cəmiyyətimizin inkişafı naminə istifadə etməliyik"-deyə, Ə.Amaşov qeyd edib.

(yap.org.az)