Raket və Artilleriya Qoşunları atəş mövqelərinə çıxarılıb FOTO + VİDEO

14 Mart 2018 15:31 (UTC+04:00)

Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.