Ağdaşda evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

14 Mart 2018 15:26 (UTC+04:00)

Ağdaş rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nəbiyev saxlanılıb.

DİN-dən SİA-ya verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, quldurluq etdiyinə görə əvvəllər məhkum olunmuş Səbuhi Nəbiyev tutulub.

Üzərinə şəxsi baxış zamanı ondan 2,36 qram tiryək götürülüb.