Azərbaycan səfiri etimadnaməsini İordaniyanın Kralına təqdim edib

14 Mart 2018 15:21 (UTC+04:00)

Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında yeni təyin olunmuş səfiri Rasim Rzayev etimadnaməsini bu ölkənin Kralı II Abdullah bin Hüseynə təqdim edib.

Səfirlikdən SİA-ya verilən məlumata görə, R.Rzayev, həmçinin etimadnaməsinin surətini İordaniya Xarici İşlər və Diaspor İşləri Nazirliyinin baş katibi Zey Əl Lovziyə təqdim edib.

Görüşlərdə Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.