Bu gün TPL-də 20-ci tura yekun vurulacaq

14 Mart 2018 15:21 (UTC+04:00)

Bu gün Topaz Premyer Liqasında 20-ci tura yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə üç görüş keçiriləcək.

Günün ilk oyunu Zirədə keçiriləcək. Son turlar inamsız təsir bağışlayan Ayxan Abbasovun komandası "Səbail"i qəbul edəcək.

Turun mərkəzi oyununda "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. Son 2 oyunda qalib gələn "ağ-qaralar"ın Ağdam təmsilçisi ilə matçda hansı nəticəni qazanacağı maraq doğurur.

Turun son matçında "Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq. Məlubiyyətsiz oyunlar seriyası yaxalayan "Sumqayıt" Gəncə klubu ilə oyunun da favoritidir.

14 mart

17:00.“Zirə” – “Səbail”
Hakimlər:
Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu

18:00.“Neftçi” – “Qarabağ”
Hakimlər:
İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
“Bakcell Arena”

20:00.“Sumqayıt” – “Kəpəz”
Hakimlər:
Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev
“Kapital Bank Arena”

13 mart

“Keşlə” - “Qəbələ” - 1:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 19 15 3 1 30-7 48
2 Qəbələ 20 12 3 5 34-20 39
3 Zirə 19 9 5 5 27-19 32
4 Sumqayıt 19 9 4 6 24-20 31
5 Neftçi 19 8 2 9 24-22 26
6 Səbail 19 5 2 12 13:27 17
7 Keşlə 20 4 4 12 17:32 16
8 Kəpəz 19 3 1 15 12:34 10

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Amil Yunanov ("Sumqayıt") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol