Ərdoğan: “Afrinə daha da yaxınlaşdıq”

14 Mart 2018 14:35 (UTC+04:00)

“Ümid edirəm bu gün axşama qədər Suriyanın Afrin şəhəri nəzarətə götürülər”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan, indiyə qədər Suriyanın Afrin bölgəsində 3444 PYD/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb: “Afrinə daha da yaxınlaşdıq. Ümid edirəm ki, inşallah, axşama qədər Afrin şəhəri nəzarətə götürülər”.