"Borussiya" Lukaş Pişeklə müqavilə müddətini uzadıb

14 Mart 2018 13:02 (UTC+04:00)

Almaniya Bundesliqasında mübarizə aparan “Borussiya”da yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, Dortmund təmsilçisi polşalı futbolçusu Lukaş Pişeklə müqavilə müddətini uzadıb. 32 yaşlı müdafiəçi ilə 2020-ci ilin yayına qədər davam edəcək yeni anlaşma imzalanılıb.

Qeyd edək ki, Pişek 2010-cu ildə “Herta”dan “Borussiya”ya transfer edilmişdi.