"AtaBank" dan növbəti Novruz kampaniyası

14 Mart 2018 12:01 (UTC+04:00)

"AtaBank" Novruz bayramı kampaniyası çərçivəsində Lider təcili pul köçürmə sistemi üzrə komissiyanı endirdi. 30.04.2018-ci il tarixinədək davam edəcək kampaniyada xidmət haqqı üzrə komissiyanın minimum həddi 0.9 %-dək endirildi.

Xatırladaq ki, “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası hələ də davam edir. Aksiyanın şərtlərinə əsasən, AtaBank-ın filial və şöbələrində ən azı 1000 - 2000 AZN/EUR/USD və ya 58 min RUB-dan yuxarı pul köçürənə və ya alana 1 manatlıq, 2001 AZN/ USD/EUR və ya 120 min RUB-dan yuxarı pul köçürənə və ya alana 2 manatlıq, 3501 AZN/EUR/USD və ya 200 min RUB-dan yuxarı pul köçürənə isə 3 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.