Beynəlxalq festivada “Şüştər” və “Humayun” muğamları səsləndirilib FOTOLAR

14 Mart 2018 09:45 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Muğam Festivalı çərçivəsində sonuncu muğam axşamı proqramı reallaşıb. SİA-nın məlumatına görə, konsertdə istedadlı xanəndələr Nisbət Sədrayevanın ifasında “Şüştər”, Məmməd Nəcəfovun ifasında isə “Humayun” muğamları səslənib. Onları “Muğam” instrumental ansamblı müşayiət edib. Konserti mədəniyyət, incəsənət, elm və ictimaiyyət nümayəndələri dinləyiblər.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına martın 14-də yekun vurulacaq.