Şirvanda qohumlar bir-birini bıçaqlayıb

14 Mart 2018 04:19 (UTC+04:00)

Şirvanda qohumlar bir-birinə bıçaq xəsarətləri yetirib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, insident Şirvan şəhəri Bayramlı qəsəbə sakinləri 30 yaşlı Qəniyev Vətən Vaqif oğlu və qohumu 2000-ci il təvəllüdlü Fətəliyev Murad Barat oğlu arasında yaranmış münaqişə nəticəsində baş verib. Məlumata görə, qohumlardan biri kürəyindən, digəri isə ayağından bıçaq xəsarəti alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Onların həyatlarına ciddi təhlükə olmadığı bildirilir. Faktla bağlı polis araşdırmalara başlayıb.