“Atletiko” ŞOKDA: Dieqo Kosta zədələnib

14 Mart 2018 00:43 (UTC+04:00)

“Atletiko”nun hücumçuları Kevin Qameyro və Dieqo Kosta zədələnib. Klubun saytında yer alan xəbərə görə, futbolçular İspaniya La Liqasının son turunda “Selta” ilə görüşdə (3:0) xəsarət alıb. Kosta ayağından, Qameyro isə budundan zədə alıb. Hələlik hücumçuların hansı müddətə sıraya dönəcəkləri bəlli deyil.