ABŞ PYD terrorçularına ayda 400 dollar maaş verir"

13 Mart 2018 20:54 (UTC+04:00)

"ABŞ PYD terrorçularına ayda 200-400 dollar arası maaş verir." Axar.az xəbər verir ki, bunu Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçək jurnalistlərə açıqlamasında deyib.

“Onların PKK-ya verdiyi maaş ABŞ Müdafiə Nazirliyinin büdcəsində əksini tapıb. ABŞ-ın rəsmi mənbələrinə görə, PYD döyüşçülərinə ayda 200-400 dollar maaş ödənir. Bu maaş təxminən 10.000 terrorçuya verilir. Bu rəqəmin 2019-da 65 minə çatdırılması gözlənilir”, – deyə o bildirib.