Nemət Pənahlı: "Bunun adı əxlaqsızlıqdır" MÖVQE

13 Mart 2018 19:05 (UTC+04:00)

"Mən həmişə demişəm, Azərbaycan haqqında Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək, xaricdə oturub, sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında təhqirlər yazmaq əxlaqsızlıqdır". Bunu SİA-ya açıqlamasında Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.

Onun sözlərinə görə, xaricdəki mühacir həyatı yaşayan bəzi azərbaycanlıların Azərbaycan dövləti əleyhinə iş aparması yolverilməzdir: "Vidadi İsgəndərlinin paylaşdığı videonu gördükdən sonra ona sərt münasibət bildirməkdədir. Ancaq səhərisi gün sosial şəbəkələrdə təhqiramiz statusları oxuduqdan sonra fikrimdən imtina etdim. Düşünürəm ki, qarşılıqlı təhqirlər, ittihamlar aradan qaldırılmalıdır".