Gənclər Fonduna yeni İcraçı direktor təyin edilib SƏRƏNCAM

13 Mart 2018 18:11 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Prezidentin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.