Nazirlik vergi ödəyicilərinə müraciət edib

13 Mart 2018 17:56 (UTC+04:00)

Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. SİA-nın məlumatına görə, nazirlik Novruz bayram ilə əlaqədar cari vergi öhdəliklərinin yerinə yetirilməsini, habelə müvafiq vergi bəyannamələrinin təqdim edilməsini mart ayının 20-dək həyata keçirməyi tövsiyə edib.

Qeyd edək ki, tövsiyə 2018-ci il mart ayının 20-dən 26-dək qeyri-iş günləri olacağını nəzərə alaraq ayın son günlərində müraciətlərin artması səbəbindən iş proseslərinin ahəngdarlığının təmin olunması məqsədini daşıyır.