Binəli Yıldırım Bakıya gəlir

13 Mart 2018 16:52 (UTC+04:00)

Türkiyənin baş naziri Binəli Yıldırım martın 14-də Azərbaycana səfər edəcək. SİA türk mətbuatına istinadən xəbər verir ki, səfərdə məqsəd Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçiriləcək 6-cı Qlobal Bakı Forumuna qatılmaqdır.

Səfər çərçivəsində Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasi-zadə ilə bir araya gələcəyi gözlənilir.

Həmçinin, qeyd olunur ki, B. Yıldırım 6-cı Qlobal Bakı Forumunda “Güc: Böyük güclər və diğərləri” adlı paneldə çıxış edəcək.

Səfər martın 15-i başa çatacaq.