Genişmiqyaslı təlimlər davam edir FOTO + VİDEO

13 Mart 2018 14:34 (UTC+04:00)

Orduda genişmiqyaslı təlimlər davam edir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Davam edən təlimlərdə qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyətləri təşkil olunub.

Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.