10 yaşlı uşağı maşın vurub

13 Mart 2018 13:14 (UTC+04:00)

Zuğulbada 10 yaşlı uşağı maşın vurub. DİN-dən SİA-ya verilən məlumata görə, martın 13-də saat 1 radələrində Xəzər rayonunun Zuğulba qəsəbəsində Bakı şəhər sakini Nihat Əliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən qəsəbə sakini - 10 yaşlı Mətin Əhmədovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır.