Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər FOTO-VİDEO

13 Mart 2018 11:32 (UTC+04:00)

Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.