"Eurovision" mahnımız dəyişdiriləcək VİDEO

13 Mart 2018 12:20 (UTC+04:00)

Bu il ölkəmizi "Eurovision" müsabiqəsində təmsil edəcək Aysel Məmmədovanın yarışma üçün hazırladığı "X my heart" mahnısı tənqid edilib. SİA-nın məlumatına görə, bu səbəbdən yaradıcı heyət bəstədə dəyişiklik edib.

Bu haqda müğənni müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan”a açıqlamasında deyib.

Sənətçi bildirib ki, dəyişiklik əsasən mahnının giriş hissəsində olacaq və elektronik versiyada ediləcək: “Yunanıstanda baş tutan məşqlərdən sonra Azərbaycanın “Eurovision” komandası ingilis prodüser Tim Branın təklifi ilə mahnıda dəyişiklik edəcək. Bundan sonra mahnımızın giriş hissəsi daha elektronik səslənəcək”.

Qeyd edək ki, “X my heart” mahnısının musiqisi bəstəkar-prodüser Dimitris Kontopulosa, sözləri Sandra Byurmana məxsusdur.

Bəstə martın 4-də təqdim olunub. Həmin gündən sosial şəbəkələrdə tənqid edilir, dinləyicilər bəstəni və ona çəkilən klipi bəyənməyiblər.