Qubada yanğın: Ev sahibi yanaraq ölüb

13 Mart 2018 10:48 (UTC+04:00)

Quba rayonunda yanğın hadisəsi qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun meyiti aşkar olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.