Qubada avtomobil piyadanı vurub

13 Mart 2018 01:02 (UTC+04:00)

Qubada piyadanın vurulması nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata, rayonun Hacıhüseynli kəndində baş verib. 1988-ci il təvəllüdlü Məmmədov Anar Nurbala oğlunu maşın vurub. O, sol baldır sümüyünün sınığı ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.