NATO: "Türkiyənin təhlükəsizliyini dəstəkləyirik"

13 Mart 2018 00:04 (UTC+04:00)

Suriya ərazilərindən raket təhdidləri də daxil olmaqla, Türkiyənin təhlükəsizliyini dəstəkləyirik. Axar.az xəbər verir ki, bu sözləri NATO rəsmilərindən biri Ərdoğanın NATO ilə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"NATO Türkiyənin təhlükəsizliyini dəstəkləyir. Məsələn, Türkiyənin hava müdafiə sistemini Suriya tərəfindən gələn raket təhdidlərinə qarşı gücləndiririk. Ankara "Zeytun budağı" əməliyyatı barədə NATO-ya məlumat verdi və bunun davamını gözləyirik. Baş katib Yens Stoltenberq də Ərdoğanla yanaşı, digər türkiyəli rəsmilərlə də görüşlər keçirir", - NATO rəsmisi deyib.

Qeyd edək ki, bir müddət öncə Ərdoğan NATO-ya səslənərək Suriyada terrorçulara qarşı mübarizəyə çağırıb.