Seyrək qaşlardan xilas olmağın 6 yolu...

13 Mart 2018 02:22 (UTC+04:00)

Qaşlar üzdəki gözəlliyi üzə çıxaran, sifətin ən önəmli hissəsidir. İncə qaş dəbi ilə ayaqlaşmaq nə qədər asandırsa, son zamanların dəbi olan qalın qaşla ayaqlaşmaq bir o qədər çətindir. Qaşı seyrək olan xanımlar qalınlaşdırmaq istəsə də, bu, onlarda çox zaman müvəffəqiyyətli alınmır. Əziz xanımlar sizlərə qaşları təbii üsullarla qalınlaşdırmağın sirlərini təqdim edirəm.

1 – Vazelin

Bitmiş tuşun fırçasından istifadə edərək vazelini qaşa çəksəniz, uğurlu nəticə əldə edə bilərsiniz. Bu metodun istifadəsindən 1 həftə sonra dəyişikliyin fərqinə varacaqsınız. Vazelin ən təsirli, ən təmiz və ən asan üsullardan biridir.

2 – Sarımsaq

Sarımsaq tük köklərini sağlamlaşdırmaq və tük artırmaqda ən effektiv üsullardandır. Qaşlarınıza bir diş döyülmüş sarımsaq tətbiq edərək həm sağlamlaşdıra, həm də qalınlaşdıra bilərsiniz.

3 – Hind qozu yağı

Hind qozu yağından istifadə edərək qaşlarınız üçün müsbət nəticələr əldə edə bilmək üçün bu yağdan gündə bir dəfə qaşa tətbiq etməyiniz kifayət edir.

4 – Arqan yağı

Saça qulluq zamanı istifadə edilən arqan yağı qaşlar üçün də faydalıdır. Arqan yağı qaşların qalınlaşması və sağlam olmasına kömək edir.

5 – Aloe vera

Günəş yanıqlarına, ləkələrə qarşı müalicəvi əhəmiyyəti olan aloe veranı qaşlara tətbiq edəndə də eyni nəticəni göstərir. Aloe vera qaşlarınızın sağlamlığını artıracaq.

6 – Soğan

Soğanı sarımsaq kimi ya döyərək, ya da kəsib qaşa tətbiq edərək istifadə etmək olar. Bu prosedura gündə bir dəfə tətbiq etmək kifayət edəcək.