Ukrayna kosmodrom tikməyi planlaşdırır Avstraliyada

12 Mart 2018 18:11 (UTC+04:00)

Ukrayna Dövlət Kosmik Agentliyi Avstraliyanın qərbində kosmodrom tikməyi planlaşdırır. Yerli mətbuatın verdiyi xəbərə görə, Ukrayna tərəfi bu təkliflə hələ 2016-cı ildə çıxış edib.

Ukraynanın Avstraliyadakı səfiri Nikolay Kuliniç bildirib ki, ölkəsinin qlobal kosmik yarışda böyük təcrübəsi var. Bu çox real təklifdir. Əgər Avstraliyada istifadə oluna biləcək yer varsa, biz ekspertlərimizi təklif edə bilərik.

Kosmik Agentliyin məlumatına əsasən, kosmodrom tikintisi üçün 5-7 min kvadrat kilometr sahə lazımdır. Bu ərazinin ölkənin qərbində, Kertin aviabazasının yaxınlığında olması daha məqsədəuyğun hesab edilir.