İmişllidə yolu keçən qadını motosiklet vurub

12 Mart 2018 04:02 (UTC+04:00)

İmişllidə qadını motosiklet vurub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 1977-ci il təvəllüdlü Məmmədova Şamama Şamil qızı rayon mərkəzində yolu keçərkən motosiklet onu vurub. Qadın müxtəlif xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdirilib. Fakt İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırılır.