MSK treninqlərə başlayır

3 Mart 2018 13:21 (UTC+04:00)

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidetinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) treninqi layihəsi çərçivəsində “Trenerlə üçün treninq”ə başlayır.

SİA-nın verdiyi məlumata görə, bununla bağlı martın 5-də tədbir keçiriləcək. Bu barədə MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.