Makron onu təhqir edənlərlə söhbət edib

25 Fevral 2018 07:05 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron ölkədə ənənəvi olaraq hər il keçirilən Kənd Təsərrüfatı Sərgisində ona qəzəblənən fermerlərə yaxınlaşaraq uzun müddət söhbət edib. Axar.az xəbər verir ki, fermerlər Makronun prezident seçkiləri zamanı kənd təsərrüfatının yaxşılaşdırılması üçün 5 milyard avro sərmayə yatırmaq haqqında verdiyi sözünü tutmamasından qəzəblənərək ona qarşı sərt şüarlar səsləndiriblər. Fermerlərin qəzəbləndiyini görən Makron isə onlara yaxınlaşaraq problemləri haqqında söhbət edib.

Qeyd edək ki, Makronun sələfi Nikola Sarkozi isə prezidentlik dövründə keçirilən Kənd Təsərrüfatı Sərgisində ona salam verməyən fermeri söyüşlə təhqir etmişdi.