İngiltərəli məşhur aktrisa 53 yaşında ölüb

25 Fevral 2018 05:02 (UTC+04:00)

İngiltərəli məşhur komediya ustası, aktrisa Emma Çambers 53 yaşında dünyasını dəyişib. Kult.az xəbər verir ki, bu barədə aktrisanın çalışdığı agentlik məlumat yayıb. Onun ölümündə hər hansı şübhəli məqamın olmadığı bildirilir.

Qeyd edək ki, aktrisa bir sıra seriallarda və filmlərdə komik obrazları canlandırıb.