ABŞ-dan təhdid: "Hədəfdə 5 ölkə var"

25 Fevral 2018 04:16 (UTC+04:00)

ABŞ Şimali Koreyanı nüvə raket proqramlarından imtina etməsi üçün ən böyük sanksiya paketini həyata keçirməyə hazırlaşır. Axar.az xəbər verir ki, rəsmi Vaşinqton ABŞ-dakı firmalar və fərdlərin sahib olduğu sərvətlərin müsahdirə olunacağını, ABŞ vətəndaşlarının sözügedən dövlətlərlə mübadilə aparmasının qadağan olunacağını bildirib.

Sanksiyaların hədəfləri arasında Çin, Honq-Konq, Tayvan və Sinqapurdakı nəqliyyat və enerji şirkətlərinin də olacağı bildirilib.

Qeyd edək ki, ABŞ dünən Pxenyana qarşı sanksiyaları genişləndirib. Sanksiyalar həmçinin Çin şirkətlərinə qarşı da yönəlib. Sanksiyalar Şimali Koreyanın 56 gəmisi və gəmiçilik şirkətinə tətbiq olunub.