Ərdoğan danışdı, Müdafiə Nazirliyinin saytı çökdü

25 Fevral 2018 03:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “təlim keçən kadrlarımızı Afrinə göndəririk, səfərbərlik əmri olanlar hazır olsun” sözlərindən sonra Türkiyə Milli Müdafiə Nazirliyinin saytı çöküb.

Bu barədə məlumatı Sputnik agentliyi yayıb. Məlumata görə, əmrlərini yoxlamaq üçün nazirliyin saytına daxil olan şəxslər “texniki nasazlığa görə sorğunuz tamamlanmadı” sözləri ilə qarşılaşıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya görə 41 yaşına qədər məcburi hərbi xidmət keçən təlimli kadrların yenidən əsgərliyə çağrılmasını əmr etmişdi. O, səfərbərlik haqqında əmrin gəlib-gəlmədiyini elektron hökumətdən soruşmaq lazım olduğunu vurğulamışdı.