Bərdədə yük avtomobili qatarla toqquşub

25 Fevral 2018 00:01 (UTC+04:00)

Bərdə rayonunun Gərənə kəndi ərazisində ağır-yol nəqliyyat hadisəsi baş verib. Oxu.az-ın xəbərinə görə, yanacaq daşıyan teplovozla “Patron” günəbaxan tumu aparan “Hunday” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan yoxdur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.