Nardaran sakini silahını təhvil verib

24 Fevral 2018 14:25 (UTC+04:00)

Nardaran qəsəbə sakini Ramin Məmmədov tüfəngi könüllü olaraq təhvil verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Ramin Məmmədov “İJ-16” markalı tüfəngi könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil verib.