Universitetdə atışma olub, ölənlər var

24 Fevral 2018 12:01 (UTC+04:00)

Meksikanın paytaxtında universitetdə silahlı insident baş verib.

Ölkənin ən iri UNAM universitetinin ərazisində qeydə alınan atışma nəticəsində iki gənc öldürülüb.

20 və 29 yaşında olan oğlanlar universitetin mühafizəçiləri tərəfindən yaralı vəziyyətdə aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala əsasən, söhbət cinayətkar qrupların qarşıdurmasından gedir. Ölənlər tələbə və yaxud universitet işçiləri deyillər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.