25 hərbçi öldürüldü

24 Fevral 2018 16:50 (UTC+04:00)

Əfqanıstanın cənub-qərbində Fərəh vilayətində "Taliban" radikal hərəkatının silahlıları hərbi bazaya hücum ediblər. SİA-nın verdiyi məlumata görə, hücum nəticəsində azı 25 Əfqanıstan hərbçisinin həlak olduğu bilirilib.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

Daha sonra isə Gilmənd vilayətində güclü partlayış baş verib. Həmin partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.