Səhmlər bahalaşıb

24 Fevral 2018 11:20 (UTC+04:00)

Amerika fond bazarında "Dow Jones" indeksi 1,39% - 25 309,99 bəndədək, "S&P 500" 1,60% - 2 747,30 bəndədək, NASDAQ isə 1,77% - 7 337,39 bəndədək bahalaşıb. SİA xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,11% - 7 244,41 bəndədək ucuzlaşıb, Almaniya DAX-I 0,18% - 12 483,79 bəndədək, Fransa CAC-40-ı isə 0,15% - 5 317,37 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,40 dollar ucuzlaşaraq 1 330,30 dollara, gümüşün unsiyasının qiyməti 0,09 dollar ucuzlaşaraq 16,55 dollara satılıb