Neft bahalaşıb

24 Fevral 2018 10:40 (UTC+04:00)

Dünya birjalarında neft bahalaşıb.

SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar və ya 1,24% bahalaşaraq 63,55 dollar təşkil olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,92 dollar və ya 1,39% artaraq 67,31 dollar təşkil edib