ÇL-də həftənin ən yaxşı futbolçusu müəyyənləşib

24 Fevral 2018 12:18 (UTC+04:00)

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, bu həftənin ən yaxşısı "Mançester Yunayted"in qapıçısı David de Xea seçilib. O, Fred ("Şaytyor", Donetsk), Villian ("Çelsi") və Tomas Mülleri ("Bavariya") qabaqlayıb. De Xea səslərin 48 faizini toplayıb. İkinci yeri 28 faiz səslə Villian tutub. Müller üçüncü (17 faiz səs), Fred isə (7 faiz) sonuncu olub.