Xatirə turniri keçirilib - FOTOLAR

24 Fevral 2018 10:17 (UTC+04:00)

Anatoli Banişevskinin 72-ci ildönümünə həsr olunmuş turnir keçirilib. SİA-nın məlumatına görə, AFFA-nın, MOK-un, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilmiş turnirin final oyununda “Ələt” və “Qobustan” komandaları qarşılaşıb. Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Ələt”dən Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.