Dəməşqdə xəstəxana raket atəşinə tutulub

24 Fevral 2018 02:19 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşqdə xəstəxana silahlılar tərəfindən raket atəşinə tutulub.Trend-in məlumatına görə, şəhərin Bağdad küçəsində yerləşən xəstəxananın cərrahiyyə şöbəsinin binası raket atəşinə məruz qalıb. Nəticədə binaya ciddi şəkildə ziyan dəyib. Ölü və yaralılar barədə məlumat yoxdu.